“Barselona” azarkeşləri arasında sorğu keçirilib.
Fanat.Az xəbər verir ki, AS nəşri azarkeşlərə komandanın baş məşqçisi Xavinin mümkün istefası ilə bağlı sual ünvanlanıb.
Sorğunun nəticələrinə görə, respondentlərin 69,7 faizi Xavinin komandanın sükanı arxasında qalmalı olduğunu bildiriblər. Qalan 31,3 faiz isə mütəxəssisin istefaya göndərilməli olduğuna səs verib.
Xatırladaq ki, “Barselona” “Mançester Yunayted”ə ümumi hesabda (2:2, 1:2) uduzaraq, Avropa Liqasını tərk edib.
Xavi 2021-ci ilin noyabrında kataloniyalıların baş məşqçisi vəzifəsinə təyin edilib. Tərəflər arasında əmək müqaviləsinin müddəti 2024-cü ilin iyun ayının sonuna kimi hesablanır.
Mirağa