Portuqaliyalı futbolçu Joau Feliks klubunu dəyişmək istəmir.
Fanat.Az xəbər verir ki, 23 yaşlı forvard "Çelsi"də qalmaq fikrindədir.
Bu barədə "Fichajes" məlumat yayıb.
Xəbərə görə, öz gələcəyini Londonda görən hücumçu yayda "Çelsi"nin onu müqavilə ilə məxsus olduğu "Atletiko Madrid"dən birdəfəlik almasını arzu edir.
Qeyd edək ki, 2019-cu ildən "Atletiko Madrid"də çıxış edən futbolçu bu qış icarə əsasında "Çelsi"yə keçib.
Röya