"Bayern Münhen"in baş məşqçisi Yulian Naqelsman klubun müdafiəçisi Benjamin Pavarın gələcəyi ilə bağlı açıqlama verib.
Fanat.Az-ın məlumatına görə, almaniyalı mütəxəssis bu barədə TMW-ə danışıb:
"Stabil olaraq yaxşı oyun nümayiş etdirən futbolçularla işləmək mənə xoş olur. Benjamin də elə oyunçulardan biridir. Onun gələcəyi bəzi məqamlardan asılıdır. Amma biz Pavardan razıyıq".
Qeyd edək ki, Fransa millisinin üzvü 2019-cu ildən Münhen klubunda çıxış edir. Onun klubu ilə müqaviləsini yeniləməyəcəyi bildirilir.
Röya