"İnanılmazdır, səhər oyanırsan və sosial şəbəkə hesablarını yoxlayarkən uşaqlıqda azarkeşlik etdiyin futbol ulduzlarından birinin sənə göndərdiyi dəstək mesajını oxuyur və qürur duyursan".
Fanat.Az xəbər verir ki, bu sözləri DAZN-a açıqlamasında "Napoli"nin hücumçusu Viktor Osimhen deyib.
Neapol təmsilçisinin forvardı kumiri olan Didye Droqbadan aldığı dəstəyin ona xüsusi motivasiya verdiyini vurğulayıb:
"Məsələn, Droqbanın mənimlə danışması həm xoş sürpriz, həm də çox böyük motivasiyadır. Didyenin mənə münasibətini yüksək qiymətləndirirəm. Onunla hər dəfə ünsiyyət qurandan sonra üzümə təbəssüm qonur. Şadam ki, kumir seçimim bu dərəcədə uğurlu alınıb".
Qeyd edək ki, 24 yaşlı Osimhen A Seriyasının bombardirlər cədvəlinin lideridir. O, 20 görüşdə 19 qola imza atıb.
Nihat