İngiltərə Liqa Kubokunun finalında "Nyukasl"ı 2:0 hesabı ilə yenən "Mançester Yunayted"in qapıçısı David de Xea rekorda imza atıb.
Fanat.Az "Squawka" portalına istinadən xəbər verir ki, bu görüşdə qapısında qol görməyən qolkiper "quru" oyunlarının sayını 181-ə çatdıraraq klub tarixinin ən yaxşı nəticəsini müəyyənləşdirib.
İspan əlcək sahibi 180 dəfə qapısını toxunulmaz saxlayan əfsanəvi Peter Şmeyxeli geridə qoyub.
Nihat