"Mançester Siti"nin yarımmüdafiəçisi Bernardu Silva İspaniya La Liqasında oynamaq istəyir.
Fanat.Az xəbər verir ki, bu barədə "Football Insider" məlumat yayıb.
Xəbərə görə, portuqaliyalı futbolçu "Barselona"ya keçmək arzusundadır. Hətta Silva keçən yay bu istəyini qarşı tərəfə bildirib. Lakin Kataloniya təmsilçisi onu "Kamp Nou"ya gətirmək üçün irəli atılmayıb.
Bununla yanaşı, "Mançester Siti" futbolçunu 90 milyona satmaq fikrindədir. Bu qiymət isə "Barselona"nı razı salmayacaq.
Qeyd edək ki, Portuqaliya millisinin 28 yaşlı üzvü 2017-ci ildən İngiltərə klubunda çıxış edir.
Röya