Futbol insayderləri, tanınmış idman nəşrləri və xəbər agentlikləri klubların transfer çalışmaları ilə bağlı maraqlı məlumatlar yayımlayır.
"Fichajes": "Real Madrid" "Liverpul"un yarımmüdafiəçiai Fabinyo ilə maraqlanır. 2018-ci ildən "mersisaydlılar"ın şərəfini qoruyan braziliyalı futbolçunun klubu ilə müqaviləsi 2026-cı ilin yayına qədərdir. Lakin yayda komandanın heyətində dəyişiklik ediləcəyi üçün Fabiyonun satılacağı mümkündür.
"Calciomercatoweb": "Atletiko Madrid" "Yuventus"la dəyişiklik edə bilər. İspaniya klubu müdafiəçi Qleyson Bremer qarşılığında italyanlara Rodriqo De Paulu təklif etməyi planlaşdırır. Mənbə qeyd edir ki, "Yuventus"a De Paul kimi futbolçu lazım olsa da, Bremeri də pulsuz buraxmaq niyyətində deyil.
"Football Insider": "Bayern Münhen" İPL-dən pis xəbər alıb. Almanların gözaltı etdiyi Harri Keyn klubu "Tottenhem"dən yeni müqavilə təklifi alıb. İngiltərə millisinin üzvünün klubu ilə sözləşməsi gələn yay başa çatır. "Tottenhem" isə ulduz futbolçusunu itirməmək üçün yeni sözləşmə və daha yüksək maaş təklif edib.
Röya