Ulduz hücumçu Neymar PSJ-nin 2023/2024 mövsümündə istifadə edəcəyi yeni formada görüntülənib.
Fanat.Az xəbər verir ki, "La Source Parisienne"nin əməkdaşlarının əlinə keçən foto internetdə yayılıb.
Parislilərin forması ölkənin bayrağını təcəssüm etdirən qırmızı və mavi çalarlardan ibarət açıq boz rəngdə hazırlanıb. PSJ səfər oyunlarında bu formadan istifadə edəcək.
Maraqlıdır ki, bugünlərdə Neymarın Paris nəhəngindən mümkün gedişi ilə bağlı xəbərlər dolaşır. "Çelsi"nin onu transfer etmək istədiyi bildirilir.
Braziliyalı bu mövsüm Liqa 1-də 19 oyuna çıxıb, 12 qol vurub və 10 məhsuldar ötürmə edib. Hücumçunun müqaviləsi 2027-ci ilin ortalarına qədərdir.
Mirağa