Serxio Ramos və Markinyosun yaşlarını nəzərə alan PSJ yay transfer pəncərəsində müdafiə xəttini yeniləmək istəyir.
Fanat.Az "Fichajes"ə istinadən xəbər verir ki, "Liqa 1" nəhəngi bu məqsədlə "Barselona"nın futbolçusu Ronald Arauxonu hədəfə alıb.
Parislilər uruqvaylı müdafiəçi üçün 90 milyon avro xərcləməyə hazırdır.
"Transfermarkt" portalı Arauxonun dəyərini 60 milyon avro qiymətləndirir.
23 yaşlı Ronald Arauxo “Barselona”nın əsas heyətində 101 rəsmi oyun keçirib. O, bu görüşlərdə 7 qol vurub və komanda yoldaşlarına iki məhsuldar ötürmə edib.
Mirağa