"Çelsi" və "Mançester Siti"nin hədəfindən olan Aleksis Mak Allister klubunu dəyişmək fikrindədir.
Fanat.Az xəbər verir ki, Argentina millisinin üzvü yayda çıxış etdiyi "Brayton"dan ayrılmağı planlaşdırır.
Məlumarı insayder Fabritsio Romano yayıb.
"Hazırda "Mançester Siti" Cud Bellingemin transferi uğrunda mübarizəyə qoşulub. Aleksislə bağlı planı yoxdur. Mənə dedilər ki, o, yayda klubunu dəyişmək istəyir. Amma "Brayton" hələ futbolçuya qiymət qoymayıb. Məncə, yayda "Brayton"un ulduzu uğrunda mübarizə gedəcək", - deyə Romano "Caughtoffside" üçün yazıb.
Röya