Argentina Futbol Federasiyası ötən axşam 2022-ci ilin ən yaxşı məşqçisi elan olunan Lionel Skaloni ilə yeni müqavilə imzalayıb.
Fanat.Az xəbər verir ki, bu barədə qurumun rəsmi saytı açıqlama yayıb.
Məlumatda Skaloni ilə əməkdaşlığın daha dörd il müddətinə, 2026-cı ilə qədər yenilədiyi elan edilib. Beləliklə, 44 yaşlı məşqçi ilə DÇ-2026-da da mundialın son qaliblərinə rəhbərlik edəcək.
CONFIRMADO: Hay @lioscaloni para rato 😉
— 🇦🇷 Selección Argentina ⭐⭐⭐ (@Argentina) February 27, 2023
¡Seguimos! 💪🇦🇷#ScalonetaModoOn #TodosJuntos pic.twitter.com/4YM6R7ZGW8
2018-ci ildə millinin sükanı arxasına gətirilən Skaloni 2021-ci ildə Amerika Kubokununu, ardından DÇ-2022-ni qazanıb. Argentina onun rəhbərliyi altında 57 matçdan 40-da qalib gəlib, 12 heç-heçə edib və cəmi 5 məğlubiyyət alıb.
Mirağa