"Betis"in yarımmüdafiəçisi Nabil Fekir üçün mövsüm başa çatıb.
Fanat.Az xəbər verir ki, məlumatı İspaniya klubunun mətbuat xidməti yayıb.
29 yaşlı yarımmüdafiəçi zədə səbəbilə mövsümün sonuna kimi oynaya bilməyəcək. Fransalı oyunçunun sol dizinin çarpaz bağları zədələnib.
Qeyd edək ki, Fekir "Betis"in heyətində cari mövsüm bütün turnirlərdə 20 matçda meydana çıxıb, 6 qol vurub və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
Röya