İngiltərənin "Kroulend Taun" komandasının 23 yaşlı futbolçusu Mayk Palmer "Leverinqton"la oyunda həyatla vidalaşıb.
Fanat.Az xəbər verir ki, həvəskarlar liqası çərçivəsində baş tutan matçda huşunu itirərək yerdə qalan Palmerə tibbi yardım göstərilsə də, onun öldüyü müəyyənləşib.
Məlumatı klubun mətbuat xidməti yayıb.
Qeyd edək ki, "Kroulend Taun" Piterboro divizionunda mübarizə aparır.
Nihat