Braziliya millisinin sabiq hücumçusu Ronaldo həmyerlisi Pele haqda fikirlərini bölüşüb.
Fanat.Az xəbər verir ki, onun dediklərini "Marca" belə çatdırıb:
"Onun barəsində düşünərkən zamanı qabaqlamış futbolçu olduğunu anlayıram. Pele hər iki ayağı ilə zərbələr endirir, hamıdan hündürə tullanmağı bacarır, başla qollar vururdu. İnanılmaz dərəcədə ağıllı futbolçu idi. İlk dəfə ciddi zədə alanda Pele yanıma gəlmiş, məni dəstəkləmişdi".
Xatırladaq ki, Pele ötən ilin dekabr ayının 29-da, 82 yaşında dünyasını dəyişib.
Nihat