"Real Madrid"in futbolçusu Vinisius Juniorun forma nömrəsi dəyişə bilər.
Fanat.Az xəbər verir ki, bu barədə "UOL Esporte" məlumat yayıb.
Xəbərə görə, bu, Eden Hazar və ya Marko Asensionun komandadan gedişi ilə bağlı olacaq. Onlardan hansı yayda Madrid klubunu tərk etsə, "7" və ya "11" nömrəli forma braziliyalı futbolçuya veriləcək.
Qeyd edək ki, 2018-ci ildən "Real Madrid"in üzvü olan 22 yaşlı vinger hazırda "20" nömrəli forma ilə çıxış edir.
Röya