Türkiyə millisinin və "İnter"in yarımmüdafiəçisi Hakan Çalhanoğlu İtaliya A Seriyasını İngiltərə Premyer Liqasına dəyişə bilər.
Fanat.Az xəbər verir ki, bu barədə “Football Insider” məlumat yayıb.
Mənbənin məlumatına görə, "Lids" klubu 29 yaşlı futbolçunu transfer etməkdə maraqlıdır. Premyer Liqa klubunun rəsmiləri artıq futbolçunun agenti ilə əlaqə saxlayıb və mümkün müqaviləni müzakirə edirlər.
Hakan 2021-ci ildən "İnter"də çıxış edir. Onun "neradzurri" ilə müqaviləsi 2024-cü ilin ortalarına qədərdir. Yarımmüdafiəçinin transfer dəyəri 35 milyon avro qiymətləndirilir.
Çalhanoğlu bu mövsüm "İnter"in heyətində 32 oyuna çıxıb, 3 qol vurub və 6 məhsuldar ötürmə edib.
Mirağa