Fevralın 25-də baş tutan Madrid derbisində (1:1) xəsarət alan "Atletiko Madrid"in müdafiəçisi Reynildu Mandavanın son vəziyyətinə aydınlıq gəlib.
Fanat.Az "Mundo Deportivo"ya istinadən xəbər verir ki, ön xaçvari diz bağı qopan 29 yaşlı futbolçu əməliyyat olunub.
Mozambikli oyunçunun 7-8 həftə yaşıl meydanlardan kənarda qalacağı bildirilib.
Qeyd edək ki, Mandava ötən ilin qışında Fransanın "Lill" klubundan transfer olunub.
Nihat