"Liverpul"un baş məşqçisi Yürgen Klopp İtaliya nəhənginin baş məşqçisi ola bilər.
Fanat.Az "Tuttomercatoweb"ə istinadən xəbər verir ki, Milan "İnter"inin idarəçiləri "qara-göylər"in çalışdrıcısı Simeone İnzagini alman mütəxəssislə əvəzləməkdə maraqlıdır.
Xəbərə görə, cari mövsümün yekunlarına əsasən, "İnter" Çempionlar Liqasında çıxış etmək hüququ qazana bilməsə, İnzagi istefaya göndəriləcək.
Qeyd edək ki, "İnter" hazırda A Seriyasının turnir cədvəlində 47 xalla 2-ci pillədə qərarlaşıb. Milanlılar lider "Napoli"dən 18 xal geri qalır.
Nihat