"Barselona"nın baş məşqçisi Xavi İspaniya Kubokunun yarımfinalı çərçivəsində baş tutacaq "klasiko"dan danışıb.
Fanat.Az xəbər verir ki, "Goal" mütəxəssisin dediklərini belə çatdırıb:
"Santyaqo Bernabeu"ya səfərlər məni həmişə həvəsə gətirir. "Real Madrid"ə qarşı özüm də oynamaq istəyirəm. İnanın ki, böyük məmnuniyyətlə meydana çıxardım. Bu, gözəl hissdir. Futbolçularıma həmişə deyirəm ki, qorxmaq lazım deyil. Hazırda yaxşı durumdayıq. Titul qazanmaq şansımız böyükdür. Biz meydana qələbə qazanmaq, nəyə qadir olduğumuzu göstərmək üçün çıxacağıq".
Qeyd edək ki, tərəflərin ilk dueli bu gün Madriddə, ikinci görüşü isə aprelin 5-də Barselonada baş tutacaq.
Nihat