"Liverpul" Portuqaliyadan iki mərkəz müdafiəçisi bəyənib.
Fanat.Az xəbər verir ki, söhbət "Benfika"nın üzvü Antonio Silva ilə "Sportinq"də çıxış edən Qonsalu İnasiudan gedir.
Məlumatı "Fichajes" yayıb. Xəbərə görə, hər iki futbolçu veteran Vircilu van Deykə əvəzedici olaraq görülür.
Yaş və zədə səbəbilə 31 yaşlı hollandiyalı artıq özünü yaxşı tərəfdən göstərə bilmir.
Gələn mövsüm çempionluq uğrunda mübarizə aparacaq "Liverpul" müdafiə xəttini gəncləşdirməyi planlaşdırır.
Röya