"Çelsi" baş məşqçisi Qrem Potter ilə vidalaşmağı düşünür.
Fanat.Az xəbər verir ki, bu barədə "Football Insider" məlumat yayıb.
Xəbərə görə, London klubunun baş məşqçi postuna namizədi "Tottenhem" və PSJ-nin sabiq çalışdırıcısı Maurisio Poçettinodur.
Artıq mütəxəssislə əlaqə saxlanıldığı iddia edilir. Argentinalıya qarşıdakı oyunların Potter üçün həlledici olacağı bildirilib.
Qeyd edək ki, "Çelsi" XXV turdan sonra İPL-də 31 xalla 10-cu pillədə qərarlaşıb.
Röya