"Borussiya Dortmund"un orta xəttinin liderlərindən olan Yulian Brandt İngiltərə nəhənginə keçə bilər.
Fanat.Az xəbər verir ki, informasiyanı “Bulinews” yayıb.
Londonun “Arsenal” klubu 26 yaşlı alman futbolçunun transferində maraqlıdır. Mənbənin məlumatına görə, baş məşqçi Mikel Arteta onun keçidində israr edir.
Yulian 2019-cu ilin yayından "Borussiya"nın rənglərini qoruyur. Yarımmüdafiəçinin "Bamblebees"lə müqaviləsinin müddəti gələn il başa çatacaq. Onun transfer qiyməti 28 milyon avrodur.
Brandt Almaniya çempionatının cari mövsümündə 23 oyun keçirib, 8 qol vurub və 4 məhsuldar ötürmə edib.
Mirağa