"Fiorentina"nın serbiyalı hücumçusu Luka Yoviç futboldakı kumirlərinin adlarını açıqlayıb.
Fanat.Az xəbər verir ki, Yoviçin dediklərini "La Repubblica" belə çatdırıb:
"İbrahimoviç mənim bir nömrəli kumirimdir. O, futbol tarixində iz qoymuş futbolçudur və bu gün də "Milan"ın vacib hissəsidir. Digər kumirim isə Radamel Falkaodur. Saş düzümünə və oyun üslubuna görə Falkao da xüsusidir".
41 yaşlı İbrahimoviç uzun sürən zədədən sonra iki həftə öncə "Milan" forması ilə A Seriyasında matça çıxıb.
37 yaşlı Falkao bu mövsüm "Rayo Valekano"nun sıralarında 21 görüşdə iştirak edib və rəqib qapılarından 2 qol keçirib.
Nihat