"Mançester Yunayted" "İnter"in futbolçusu Alessandro Bastonini transfer etməyi planlaşdırır.
Fanat.Az xəbər verir ki, bu barədə "Inter Live" məlumat yayıb.
Xəbərə görə, hazırda klubunda 4 milyon avro qazanana italiyalı müdafiəçiyə İngiltərə klubu ikiqat maaş təklif edir. Belə ki, "Mançester Yunayted" 23 yaşlı futbolçuya ilinə 8 milyon avro ödəməyə hazırdır.
"İnter" isə Bastoninin maaşını 6 milyona yüksəltmək istəyir. Lakin "Mançester Yunayted"in 8 milyonluq təklifi Bastonini cəlb edə bilər.
Röya