"Real Madrid" Cud Bellingemə əvəzedici tapıb.
Fanat.Az xəbər verir ki, bu barədə "Defensa Central" məlumat yayıb.
Söhbət "Lester"in futbolçusu Yuriy Tilemansdan gedir. Xəbərə görə, kral klubu "Borussiya Dortmund"un üzvü Bellingemi heyətinə cəlb edə bilməsə, Yuriy üçün irəli atılacaq.
Qeyd edək ki, "Real Madrid"in prezidenti Florentino Peres İngiltərə millisinin ulduzu Cudu bu yay transfer etməyi planlaşdırır. Ancaq madridlilərin Almaniya klubunun istədiyi 150 milyon avronu ödəyəcəyi real görsənmir.
Röya