PSJ-nin hücumçusu Kilian Mbappe martın 4-də keçirilən Liqa 1 matçında - "Nant"la oyunda (4:2) 201-ci qolunu vuraraq klub tarixinin ən yaxşı bombardiri ünvanına sahib çıxıb.
Fanat.Az xəbər verir ki, ulduz futbolçunun şəxsi uğuru barədə dediklərini "RMC Sport" belə çatdırıb:
"Oyunun son 5 dəqiqəsində mənə o qədər də çox təzyiq etmirdilər. Bilirdim ki, rekord müəyyənləşdirmək şansım var, amma sakitliyimi qorumağı üstün tutdum. Matçın sonlarında fərqlənməyim əla oldu.
PSJ-də çox "artırmışam". Bu klubun formasını geyinmək mənim üçün xüsusi bir hissdir. Mənə nə vaxtsa desəydilər ki, bu komandanın kapitanı qismində qol vurub rekord qıracağam, inanmazdım".
Nihat