Rus dilində "Teleqram" kanalı olan "Krılya Sovetov" klubunun müdafiəçisi Qlenn Beyl Rusiya vətəndaşlığı almaq ehtimalı barədə danışıb.
Fanat.Az xəbər verir ki, o, bu barədə "RB Sport"a belə deyib:
"Bu fakt Rusiya vətəndaşlığını əldə etmək istəyim ilə əlaqəli deyil. Rus pasportu almaq barədə danışmaq üçün çox erkəndir. Bildiyimə görə, bunun üçün beş il Rusiyada oynamaq lazımdır. İndi bu barədə düşünmürəm".
Qrenn Beyl "Krılya Sovetov"a 2021-ci ilin yayında "Emmen" klubundan keçib. Niderlandlı müdafiəçi bu mövsüm 15 matça çıxaraq bir qol vurub və iki məhsuldar ötürmə edib.
Qeyd edək ki, bu yaxınlarda "Zenit"in iki braziliyalı legioneri - Malkom və Klaudinyo Rusiya vətəndaşlı alıb.
Mirağa