"Sevilya" baş məşqçisi Xorxe Sampaolini istefaya göndərməyi planlaşdırır.
Fanat.Az xəbər verir ki, bu barədə AS məlumat yayıb.
Xəbərə görə, buna səbəb komandanın uğursuz çıxışıdır. Mənbə onu da qeyd edir ki, artıq argentinalı mütəxəssisin komandanın bir neçə oyunçusu ilə arasında qalmaqal yaşanıb.
Xatırladaq ki, hazırda "Sevilya" XXIV turdan sonra La Liqada 25 xalla 17-ci pillədə qərarlaşıb.
Röya