Fransanın PSJ komandası sabah Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab görüşü çərçivəsində "Bayern Münhen"lə matça Neymarsız çıxacaq.
Fanat.Az xəbər verir ki, ulduz futbolçunun sıradan çıxmasına baxmayaraq, fransalı veteran Biksant Lizarazyu bunu parislilər üçün şans hesab edir.
Vaxtilə həm PSJ-də, həm də "Bayern"də futbol oynamış əfsanəvi futbolçu "Wettbasis"ə açıqlamasında fikirlərini belə əsaslandırıb: "Üç ulduz (Lionel Messi, Kilian Mbappe və Neymar) birlikdə oynayanda itirilən topu almaq üçün pressinq etmir, müdafiəyə kömək üçün geri qayıtmırlar. Bu isə zəifləməyə gətirib çıxarır. Müdafiə olunarkən bütün komandanın kömək etməsi şərtdir.
PSJ Messi və Mbappe ilə komanda olaraq, daha balanslı olacaq və digər yarımmüdafiəçilər topu geri qazanmaq üçün həmişəkindən daha az çalışacaqlar. Beləliklə, bütün komanda daha gümrah qalacaq. Bir sözlə, Neymarsız PSJ-nin "Bayern"lə oyunda şansı daha yüksəkdir".
Fransalı dünya və Avropa çempionu olan Lizarazyu "Alyanz Arena"da "açıq döyüş" olacağını bildirib: "Bu oyunu səbirsizliklə gözləyirəm. Kimin keçəcəyini təxmin etmək çox çətindir. İlk oyunda Mbappenin zədəsi PSJ üçün ağır zərbə olmuşdu. Meydanda olduğu 20 dəqiqə ərzində o, nə qədər vacib futbolçu olduğunu göstərmişdi. O, istənilən müdafiəni yarmağa qadirdir. Bu, açıq oyun olacaq və həm onun, həm də artıq tam sağalan Sadio Manenin ifasında şou izləyəcəyik".
Qeyd edək ki, "Bayern Münhen" mərhələnin ilk oyununda səfərdə 1:0 hesabı ilə qalib gəlib.
Mirağa