"Çelsi"nin yeni transferi Entso Fernandes İngiltərə Premyer Liqasından danışıb.
Fanat.Az xəbər verir ki, "Absolute Chelsea"yə açıqlama verən argentinalı futbolçu artıq İngiltərəyə adaptasiya olduğunu deyib.
"İngiltərə Premyer Liqasında oynamaq arzum idi. Hər fürsətdən istifadə etməyə çalışıram. Şəhər çox xoşuma gəlir. Bura tez alışdım. Tezliklə yeni evimə köçəcəyəm".
Qeyd edək ki, 22 yaşlı argentinalı yarımmüdafiəçi 1 fevral tarixində "Çelsi"yə keçib. Portuqaliyanın “Benfika” klubundan transfer olunmuş Entso ilə 2031-ci ilin 30 iyununa kimi müqavilə imzalanıb. “Zadəganlar” bu keçid üçün “Benfika”ya 121 milyon avro təzminat ödəyib.
Röya