Dortmund "Borussiya"sının ulduzu Cud Bellingem Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyununda - "Çelsi" ilə səfər matçında (0:2) hakimin "zadəganlar"ın oyunçusu Kay Havertsə ikinci dəfə penalti vurmaq fürsəti yaratmasından narazı qalıb.
Fanat.Az xəbər verir ki, "BT Sport" onun dediklərini belə çatdırıb:
"Onların penaltini ikinci dəfə yerinə yetirməsi gülməli idi. Çox üzücü məqamdır. Penaltini yerinə yetirən futbolçu çox ləng tərpənirsə, istənilən halda, digər oyunçular cərimə meydançasına qaçacaqlar. Artıq nəyisə dəyişə bilmərik".
Xatırladaq ki, referi penalti yerinə yetirilərkən digər futbolçuların cərimə meydançasına girdiyini əsas gətirib və ilk cəhddə dirəyi nişan alan Havertsə şansını yenidən sınamaq imkanı yaradıb. Evdə iki cavabsız qolla qələbə qazanan London təmsilçisi səfərdə minimal hesabla uduzduğu "Borussiya"nı mübarizədən kənarlaşdıraraq 1/4 finala yüksəlib.
Nihat