"Napoli"nin hücumçusu Covanni Simeone Çempionlar Liqasının 1/4 finalına vəsiqə qazanmalarından danışıb.
Fanat.Az xəbər verir ki, ESPN onun dediklərini belə çatdırıb:
"Bu uğuru sakit qarşıladıq. Ola bilsin ki, nəyə nail olduğumuzun fərqində deyilik. Komandamızın hədəfləri böyükdür. Daha artığını istəyirik. Yəqin ki, çempionat başa çatandan sonra nə etdiyimizin fərqinə varacağıq. Cümə günü püşkün nəticələrini biləcəyik. Mübarizəni davam etdirməyə çalışacağıq".
Qeyd edək ki, ÇL-in 1/4 finalına vəsiqə "Napoli" üçün tarixi ilkdir.
Nihat