Fransa millisinin ulduz hücumçusu Kilian Mbappe AÇ-2024-ün seçmə mərhələsi çərçivəsində Niderlandla (4:0) oyunda dubl edib.
Fanat.Az xəbər verir ki, beləliklə yığmada vurduğu qolların sayını 38-ə çatdıran 24 yaşlı forvard Kərim Benzemanı arxada qoyub.
Mbappe Fransa millisinin ən çox qol vuran oyunçular "5-liy"inə daxil olub. Bu göstəricidə lider 53 qolla Olivye Jirudur.
Fransa yığması seçmə mərhələdə növbəti matçında İrlandiya millisi ilə qarşılaşacaq. Bu görüş bazar ertəsi, martın 27-də baş tutacaq.
Mirağa