Yulian Nagelsmanla yolları ayıran "Bayern Münhen" ona maaş ödəməyə davam edəcək.
Fanat.Az "Bild"ə istinadən xəbər verir ki, istefa qərarı münhenlilərə ümumilikdə 30 milyon avroya başa gələ bilər.
Müqaviləyə görə, Nagelsman "Bayern"də ilinə 8-9 milyon qazanır.
Onun 2026-cı ilə qədər olan müqaviləsindəki bəndə görə, "Bayern" onu qovarsa, yeni klub tapana qədər ona ayda 700 min avro civarında maaş verməlidir. Müddəa yalnız 2023-cü ilin iyul ayından qüvvədən düşəcək.
Beləliklə, Nagelsman yeni iş yeri tapana qədər "Bayern"dən sərvət almağa davam edəcək.
Mirağa