"Barselona"nın və İspaniya milli komandasının sabiq baş məşqçisi Luis Enrike bu həftə Avilesdə (Asturiya) təşkil olunan velosiped rallisinə qatılıb.
Fanat.Az "20minutes"ə istinadən xəbər verir ki, Enrike qalib üçün nəzərdə tutulan 9 min avroluq mükafat uğrunda yarışa xüsusi hazırlanmış dağ velosipedi ilə qatılıb.
Onunla yanaşı, rallidə "Formula1" pilotu Fernando Alonso da iştirak edir.
İspaniya millisindən ayrıldıqdan sonra hələ də işsiz olan və boş vaxtını ekstremal əyləncəyə həsr edən Luis Enrike yarışın birinci mərhələsindı uğurlu çıxış edib. 52 yaşlı mütəxəssis dəniz səviyyəsindən 2550 metr yüksəkliyə qalxaraq 98 kilometr məsafəni 6 saat 22 dəqiqə 54 saniyəyə qət edib.
"Barselona"nın keçmiş məşqçisinin velosipedə olan həvəsi çoxdan məlumdur - hətta Qətərdə keçirilən dünya çempionatı zamanı o, şəhərləri gəzərək pedal fırladırdı.
Mirağa