31 yaşında butslarını divardan asmaq qərarına gələn xorvatiyalı müdafiəçi Şime Vrsalkonu buna nəyin sövq etdiyi məlum olub.
Fanat.Az xəbər verir ki, Xorvatiya millisinin sabiq üzvü futbol agenti olmaq qərarına gəlib.
O, keçmiş futbolçu Vlado Lemiçin rəhbərlik etdiyi "Universal Twenty Two"da çalışacaq.
Məlumatı "Derbyderbyderby.it" yayıb. Mənbənin məlumatına görə, Vrsalko 130-dan çox oyunçunu təmsil edir və biznesinin ümumi dəyəri 300 milyon avroya yaxınlaşır.
Maraqlıdır ki, Vrsalkonun şirkətinin müştəriləri arasında daha bir məşhur xorvat oyunçu - Luka Modriç də var.
Qeyd edək ki, son iş yeri "Olimpiakos" olan Vrsalko "Atletiko Madrid" və "İnter Milan"ın rənglərini qoruyub, həmçinin "Dinamo Zaqreb", "Genuya" və" Sassuolo"da oynaması ilə tanınır. O, Xorvatiya millisində 52 oyun keçirib.
Mirağa