Yulian Nagelsmanın "Bayern Münhen"dən istefaya göndərilməsinin səbəbi sevgilisi olub.
Fanat.Az xəbər verir ki, bu iddia Almaniya nəhənginin əfsanəsi Markus Babbelə məxsusdur.
Klubla bağlı məlumatlı şəxs sayılan veteran futbolçu "Blick"ə maraqlı açıqlama verib:
"Bilirəm ki, Nagelsmanın "Bild"in jurnalisti olan sevgilisi ilə münasibətdə olması soyunub-geyinmə otağında böyük mövzu idi. Bu, oyunçular üçün problem idi. Məşqçinin sevgilisinin ən çox oxunan media orqanında çalışması onları çox narahat edirdi. Futbolçular Nagelsmana etibar etmirdilər. Onlar həmişə ona dediklərinin qəzetdə yer alacağına şübhə edirdilər.
Nəticədə oyunçularla məşqçi arasında ünsiyyət itmişdi. Nagelsmanın sevgilisi artıq mediada deyil. Buna baxmayaraq, o, məşqçi ilə "Bayern"i işıqlandıran "Bild" müxbiri kimi görüşməyə başlamışdı, indi də bu nəşrlə əlaqələri var".
Xatırladaq ki, Markus Babbel 1994-2000-ci illərdə "Bayern"in heyətində 261 oyun keçirib, üç titul, o cümlədən UEFA kubokunu qazanıb, Çempionlar Liqasının finalında çıxış edib. Almaniya millisinin heyətində 51 matç keçirən veteran müdafiəçi AÇ-96-nın qalibi olub.
Mirağa