Belçika millisi ilə görüş İsveç üçün uğursuz alınıb.
Fanat.Az xəbər verir ki, “göy-sarılar” doğma meydanda 0:3 hesabı ilə məğlub olsa da, koşandanın ulduz futbolçularından biri rekorda imza atıb.
73-cü dəqiqədə əvəzetmədən meydana daxil olan Zlatan İbrahimoviç Avropa çempionatının seçmə mərhələsində çıxış edən ən yaşlı futbolçu olub. O, bunu 41 yaş 172 günlüyündə reallaşdırıb.
Bundan əvvəlki rekord əfsanəvi italiyalı qapıçı Dino Zoffa məxsus idi.
Qeyd edək ki, İsveç yığması növbəti oyununu sabah evdə Azərbaycan millisinə qarşı keçirəcək.
Mirağa