Yayda heyətini yenidən formalaşdıracaq "Liverpul" supertransfer reallaşdırmağa hazırlaşır.
Fanat.Az xəbər verir ki, informasiyanı "Football Insider" yayıb.
Mənbənin məlumatına görə, Mersisayd klubu "Napoli"də parlaq mövsüm keçirən Viktor Osimhenin transferini planlaşdırır.
Baxmayaraq ki, bir çox nəhənglərin maraq dairəsində olan hücumçunun transferini həyata keçirmək "Liverpul" üçün asan olmayacaq. 24 yaşlı nigeriyalının keçid qiyməti 100 milyon avrodan çox olacaq.
Viktor Osimhen bu mövsüm A Seriyasının bombardiridir. Nigeriyalı hücumçu liqada 23 matçda 21 qol vurub.
Mirağa