"Roma"nın sabiq hücumçusu Antonio Kassano "Real Madrid"də mümkün baş məşqçi dəyişikliyindən danışıb.
Fanat.Az xəbər verir ki, "Calciomercato" veteran futbolçunun fikirlərini belə çatdırıb:
"Karlo Ançelotti "Real Madrid"dən ayrılsa, onun yerinə Luçano Spallettini dəvət edərdim. A Seriyasında o, çətin ki, "Yuventus"a keçsin. Orada bir neçə gün belə dayana bilməz. Spalletti İtaliyada yalnız "Milan"da və ya "Fiorentina"da təsəvvür edilə bilər. O, "Real"la yaxşı nəticələr qazana bilər".
Spalettinin rəhbərliyi altında "Napoli" böyük fərqlə İtaliya çempionatının turnir cədvəlinə başçılıq edir. Çempionlar Liqasında 1/4 finala yüksələn neapollular "Milan"la qarşılaşacaqlar.
Mirağa