Futbol insayderləri, tanınmış idman nəşrləri və xəbər agentlikləri klubların transfer çalışmaları ilə bağlı maraqlı məlumatlar yayımlayır.
"Daily Star Sunday": İngiltərə Premyer Liqasının iki klubu "Mançester Siti"nin futbolçusu Kalvin Fillips ilə maraqlanır. 27 yaşlı yarımmüdafiəçi "Lids" və "Vest Hem"in hədəfindədir.
İngiltərə millisinin üzvü "Lids"dən 9 ay əvvəl ayrılıb. Ancaq İPL təmsilçisi yayda sabiq futbolçusunu geri qaytarmağı planlaşdırır.
"Calciomercato": "Bayern Münhen"in yeni baş məşqçisi Tomas Tuxel sabiq klubu "Çelsi"nin iki futbolçusunu komandasına gətirməyi planlaşdırır. Söhbət qapıçı Eduare Mendi və yarımmüdafiəçi Mateo Kovaçiçdən gedir.
Bundesliqa klubu ilə 2025-ci ilə qədər müqavilə imzalayan 49 yaşlı almaniyalı mütəxəsis yayda heyəti öz zövgünə görə quracaq.
AS: "Mançester Yunayted"in baş məşqçisi Erik ten Haq "Çelsi"nin hücumçusu Joau Feliksi komandasında görmək istəyir. "Qırmızı şeytanlar" müqavilə ilə "Atletiko Madrid"ə məxsus olan futbolçunu yayda transfer etmək fikrindədir. Yanvarda istəyinə çata bilməyən "Mançester Yunayted" mövsümün sonunda Joau üçün yenidən irəli atılacaq.
Portuqaliya millisinin üzvünün transfer qiyməti 100 milyon avro olaraq qiymətləndirilir.
Röya