"Arsenal" 7 futbolçusu ilə vidalaşmağı planlaşdırır.
Fanat.Az xəbər verir ki, məlumatı "The Sun" nəşri yayıb.
Xəbərə görə, "topçular"un yollamaq istədiyi futbolçular siyahısında 80 milyon avroya aldığı Pepe də var.
27 yaşlı vinger hazırda icarə əsasında "Nitsa"da çıxış edir. 2019-ci ildə "Arsenal"ın heyətinə qatdığı Pepe baş məşqçi Mikel Artetanın planlarına daxil deyil.
İngiltərə klubunu tərk edəcək futbolçular arasında Eynsli Meytlend-Nayls, Sambi Lokonqa, Nunu Tavareş, Pablo Mari, Sedrik Soareş və Aleks Runarssonun da olduğu bildirilir.
Röya