"Mançester Yunayted" "Fulhem"in futbolçusu Aleksandr Mitroviçi transfer etmək fikrindən daşınıb.
Fanat.Az xəbər verir ki, məlumatı "Daily Star Sunday" yayıb.
Xəbərə görə, buna serbiyalı hücumçunun intizamsız davranışı səbəb olub.
Mitroviç İngiltərə Kubokunun 1/4 final mərhələsində "Mançester Yunayted"ə (1:3) qarşı görüşdə qırmızı vərəqə ilə cəzalandırılıb. "Old Trafford"da keçirilən görüşdə hakimi itələyən futbolçu birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırılıb. Onun belə intizamsız davranışından ehtiyat edən "qırmızı şeytanlar" 28 yaşlı forvardın adını transfer siyahısından çıxardıb.
Qeyd edək ki, Aleksandr Mitroviç cari mövsüm bütün turnirlərdə 12 qol vurub.
Röya