İngiltərə millisinin 19 yaşlı yarımmüdafiəçisi Cud Bellingem AÇ-2024-ün seçmə mərhələsinin ilk oyunlarında qazandıqları qələbələri dəyərləndirib.
Fanat.Az xəbər verir ki, gənc ulduz fikirlərini UEFA-nın rəsmi saytına bölüşüb:
"İlk iki oyunda qələbə qazanmaq turnirin startında qarşımıza qoyulan əsas tapşırıq idi. İtaliyada imza atdığımız uğurun ardını Ukrayna ilə oyunda gətirdiyimiz üçün şadam. Seçmə mərhələnin bütün oyunlarında qalib gəlmək istəyirik. Bu fikir bizi bir an da olsa, tərk etməməlidir. Hər şeydən öncə bizdən nə tələb olunduğunu unutmamalı, üzərimizdəki məsuliyyətdən müsbət yöndə faydalanmalıyıq".
Nihat