"Mançester Siti" kapitanı İlkay Göndoğanı itirə bilər.
Fanat.Az xəbər verir ki, almaniyalı futbolçunun müqaviləsinin müddəti mövsümün sonunda başa çatacaq.
"Sport"un məlumatına görə, İngiltərə klubu 32 yaşlı yarımmüdafiəçi ilə sözləşməni yeniləmək niyyətindədir. Lakin İlkay ona elçi düşən "Barselona"ya keçiddə maraqlıdır.
Kataloniya klubu Gündoğana iki illik müqavilə təklif edir.
Röya