"Yuventus" mövsümlərarası fasilədə klubu tərk edə biləcək Duşan Vlahoviçə əvəzləyici tapıb.
Fanat.Az "Calciomercato"ya istinadən xəbər verir ki, "Atalanta"nın hücumçusu Rasmus Hoylund Turin klubunun hədəfindədir.
"Yuventus" danimarkalı futbolçu üçün 50 milyon avro xərcləməli olacaq.
Onunla "Barselona" və İngiltərə Premyer Liqasının bir neçə klubu da maraqlanır.
2022-ci ilin yayında "Atalanta"ya keçən 19 yaşlı forvard bu mövsüm bütün turnirlərdə 25 oyuna çıxıb, 8 qol vurub, 2 məhsuldar ötürmə edib.
Mirağa