"Çelsi" "Real Madrid"in futbolçusuna elçi düşüb.
Fanat.Az xəbər verir ki, söhbət Braim Diasdan gedir.
Məlumatı "CaughtOffside" yayıb.
23 yaşlı yarımmüdafiəçi hazırda icarə əsasında "Milan"da çıxış edir.
Qeyd edək ki, Dias "Milan"da iki mövsüm keçirib. Onun madridlilər ilə müqaviləsi 2025-ci ildə başa çatır.
Röya