İtaliya millisinin sabiq pleymeykeri, hazırda Türkiyənin "Fatih Karagümrük" komandasını çalışdıran Andrea Pirlo "yeni Pirlo" ola biləcək futbolçuların adlarını açıqlayıb.
Fanat.Az xəbər verir ki, "La Gazzetta dello Sport" onun dediklərini belə çatdırıb:
"Yeni Pirlo" kim olacaq? Hazırda Manuel Lokatelli inkişafdadır. Bu, yaxşı haldır. Ən böyük sıçrayışı "Yuventus"da mənim dönəmimdə debüt edən Nikolo Facolinin böyük sıçrayışla diqqət çəkdiyi də faktdır. O, nə etdiyini bilir, "Yuventus"un əsas oyunçusudur və oyun qurucusu olmaq üçün bütün keyfiyyətləri var. Hə, Facoli "yeni Pirlo" ola bilər, amma ən yaxşısı onun elə yaddaşlarda Facoli kimi qalmasıdır".
25 yaşlı Lokatelli bu mövsüm Turin təmsilçisinin forması ilə bütün turnirlərdə 34 oyun keçirib və məhsuldar göstəricilərlə yadda qalmayıb. 22 yaşlı Facoli isə "qoca sinyora"nın sıralarında 26 görüşdə iştirak edərək 2 qol və 5 məhsuldar ötürmə ilə diqqət çəkib.
Nihat