Şotlandiya millisinin yarımmüdafiəçisi Skott Maktominey Avro-2024-ün seçmə mərhələsinin 2-ci turunda İspaniya üzərində qazandıqları qələbəni (2:0) dəyərləndirib.
Fanat.Az xəbər verir ki, Skott fikirlərini UEFA-nın rəsmi saytına bölüşüb.
"Çox yaxşı mübarizə apardıq. Bilirdik ki, onlar topu özlərində saxlayacaqlar. Baş məşqçimiz öncədən demişdi ki, diqqətli olaq və rəqibin səhvindən faydalanmağa çalışaq. Bu gün bizim onlara kifayət qədər ciddi problemlər yaratmaq və bir neçə qol vurmaq imkanımız oldu.
Uşaq vaxtı hücumameyilli yarımmüdafiəçi olmuşam. Rəqibin cərimə meydançasına girməkdən xoşum gəlir. Belə davam etməliyəm. Bilirəm ki, daha çox qol vura, məhsuldar ötürmələr verə bilərəm. Azarkeşlərimizə böyük təşəkkür düşür. Onlara nə qədər minnətdarlıq etsək, azdır".
Qeyd edək ki, İspaniya ilə matçda Şotlandiyanın hər iki qolunu Maktominey vurub.
Nihat