"Liverpul"un hücumçusu Roberto Firmino karyerasını İspaniya La Liqasında davam etdirməyə yaxındır.
Fanat.Az xəbər verir ki, informasiyanı "Todo Fichajes" yayıb.
Mənbənin məlumatına görə, braziliyalı forvard menecerləri vasitəsilə xidmətini "Barselona"ya təklif edib. 31 yaşlı futbolçu bu yay Mersisayd klubunu azad agent kimi tərk edəcək. Beləliklə, kataloniyalılar Robertonu pulsuz əldə edə bilərlər.
Firmino 2015-ci ilin yayından "Liverpul"da çıxış edir. Braziliyalının transfer qiyməti 22 milyon avro olaraq qiymətləndirilir.
Hücumçu bu mövsüm Premyer Liqada 19 oyuna çıxıb, 8 qol vurub və 4 məhsuldar ötürmə edib.
Mirağa